Mask Zukerberqlə rinqə çıxmaqdan qorxdu?

 19:22 10.08.2023     260

Amerikalı milyarder, "SpaceX" və "Tesla"nın rəhbəri İlon Mask rinqdə duel etmək əvəzinə Meta şirkətinin rəhbəri Mark Zukerberqlə “nəcib debat” keçirməyi təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

"Debat yaxşı ideya kimi səslənir. Bu, həqiqətən də döyüş kimi olacaq. Biz həmçinin xeyirxah məqsədlər üçün mübarizə aparanlara heyranlığımızı ifadə edə biləcəyik", - deyə milyarder əlavə edib.

Xatırladaq ki, İlon Mask bir müddət əvvəl Zukerberqlə döyüşə hazırlaşdığını iddia etmişdi. Sahibkarın sözlərinə görə, döyüşdə iştirak etmək üçün belindən əməliyyat oluna bilər.

Turan İSMAYIL