Rus futbol hakimi Ukraynada döyüşlərdə məhv edildi

 19:38 10.08.2023     303

Ukraynanın işğal altında olan Krım bölgəsində futbol hakimi olan Konstantin Popov müharibə zamanı aldığı yara nəticəsində 25 yaşında həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Krım Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Dərin kədər hissi ilə bildiririk ki, Konstantin Popov "xüsusi əməliyyat zonası"nda döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanaraq Sankt-Peterburqda xəstəxanada dünyasını dəyişib. Krım Respublika Futbol Federasiyası və şəxsən təşkilatın sədri Sergey Borodkin adından futbol ictimaiyyəti Konstantin Popovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - açıqlamada deyilir.

Qeyd edilib ki, Popovun Krım Futbol İttifaqının himayəsi altında keçirilən 50-dən çox çempionat və kubok matçı var.

Turan İSMAYIL