İrandan gözlənilməz qərar: 4 amerikalı ev dustaqlığına buraxıldı

 20:43 10.08.2023     315

İranda həbsdə olan 4 ABŞ vətəndaşı ev dustaqlığına buraxılıb ki, bu da onların tezliklə azadlığa çıxacağını göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə CNN-ə amerikalılardan birinin vəkili Jared Genser məlumat verib.

"Ümid edirəm ki, bu, onların azadlığa buraxılması istiqamətində ilk addım olacaq, baxmayaraq ki, bu, mövcud yolda yalnız ilk addımdır" - o, deyib.

Amerika vətəndaşları Siamak Namazi, Emad Shargi, Morad Tahbaz, eləcə də adı açıqlanmayan daha bir məhbus ev dustaqlığı şəraitində həbsxanadan Tehrandakı otelə köçürülüb. ABŞ uzun müddətdir ki, İranda saxlanılan və məhkum olunmuş həmvətənlərinin azad edilməsini istəyir.

Turan İSMAYIL