Tramp ABŞ tarixinin ən böyük səhvini AÇIQLADI

 21:08 10.08.2023     303

ABŞ prezidenti Co Baydenin immiqrasiya siyasəti ABŞ tarixindəki ən böyük səhv ola bilər.

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu inkişafı ABŞ-ın keçmiş lideri Donald Tramp sosial şəbəkəsində proqnozlaşdırıb.

Onun sözlərinə görə, hazırkı dövlət başçısının apardığı siyasət ABŞ tarixində indiyə qədər buraxılmış ən böyük və ən dağıdıcı səhv kimi tarixə düşə bilər.

ABŞ-ın eks-prezidenti öz paylaşımında hazırkı Amerika liderinin siyasətini tənqid edərək ölkənin "birinci sinif şagirdinin IQ-su olan bir adam” ucbatından dağıldığı fikrini bildirib.

Yusif EYVAZLI