BMT Qara dənizdə dəhlizlərin açılmasında əlaqəsi olmadığını bəyan etdi

 21:16 10.08.2023     285

BMT-nin Ukraynanın Çornomorsk, Odessa və Yujnı limanlarından və ya limanlarına gedən ticarət gəmiləri üçün Qara dənizdə müvəqqəti dəhlizlər açması ilə heç bir əlaqəsi yoxdur.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Təşkilatının baş katibinin sözçünün müavini Fərhan Haq brifinqdə bildirib.

"Ticarət gəmilərinin təhlükəsiz keçidi Qara Dəniz Taxıl Təşəbbüsünün üstünlüklərindən biri idi, ümid edirik ki, onun həyata keçirilməsi davam etdirilə bilər. Bizim bu bəyanatla heç bir əlaqəmiz yoxdur", - BMT rəsmisi bildirib.

Onun sözlərinə görə, BMT “həm quruda, həm də dənizdə beynəlxalq humanitar hüquq normalarına riayət edilməsinin zəruriliyini vurğulayır”.

Turan İSMAYIL