Ukraynada sovet əsgərlərinin daha 4 abidəsi söküldü

 21:30 10.08.2023     318

Ukraynanın qərbində yerləşən Lvov vilayətində sovet əsgərlərinin xatirəsinə ucaldılmış 4 abidə sökülüb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, abidələrin sökülməsinin görüntüləri ilə müşayiət olunan müvafiq mesajlar "Dekolonizasiya. Ukrayna" Telegram kanalında dərc olunub.

Lvov Regional Hərbi İdarəsi daha əvvəl bildirmişdi ki, bu ilin əvvəlindən regionda 123 abidə sökülüb. Administrasiyanın rəhbəri Maksim Kozitski iyulun 1-də bildirib ki, hakimiyyət bu ilin sonuna qədər sovet dövrünün bütün abidələrini yığışdırmaq niyyətindədir.

Yusif EYVAZLI