Türkiyədə yaşlı kişi ov tüfəngi ilə dörd nəfəri öldürdü

 23:56 10.08.2023     226

Türkiyədə silahlı insident baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

İspartanın Şarkikaraağaç rayonunda baş verən hadisədə 70 yaşlı kişi mübahisə etdiyi şəxslərə ov tüfəngi ilə atəş açıb.

Hadisə nəticəsində 4 nəfər ölüb.

Bundan sonra şübhəli şəxs əlindəki tüfənglə jandarmaya təslim olub (apa).