Türkiyə polisi 11 terrorçunun tutulması üçün əməliyyata başladı
Türkiyənin Mersin şəhərində terror təşkilatı olan PKK-ya üzvü olduğu ehtimal edilən 11 şübhəlinin tutulması üçün əməliyyat keçirilib.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatda 200 polis iştirak edib.
Şübhəli bilinən 11 nəfərdən 8-i Türkiyədə PKK-ya işləyir, 3-ü isə Suriyada təxribat törətdikdən sonra qeyri-qanuni yollarla Türkiyəyə gələndir.
Onların tutulması üçün axtarış əməliyyatları davam etdirilir.
Humay İSGƏNDƏRLİ