Kurska PUA-larla hücuma cəhd olub

 09:42 11.08.2023     223

“Rusiyanın Kursk vilayətinə yaxınlaşan Ukraynaya məxsus 2 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib”.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Roman Starovoyt öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, PUA-lar avqustun 10-u axşam saatlarında vilayətə hücuma cəhd edib. İnsidentlə bağlı digər detallar açıqlanmayıb.