İŞİD-in hücumu nəticəsində 23 hərbçi həlak oldu
İŞİD Suriyada əsgərlərlə dolu avtobusa hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bildirilib ki, Suriyanın şərqində İŞİD qruplaşması suriyalı əsgərlərlə dolu avtobusa hücum edib, nəticədə 23 nəfər ölüb. Telekanalın məlumatına görə, daha bir neçə hərbçi yaralanıb.
Humay İSGƏNDƏRLİ