“İrana qarşı sanksiyalar yumşaldılmayacaq” - Blinken

 10:42 11.08.2023     246

“5 ABŞ vətəndaşı azad olunsa belə, İrana qarşı sanksiyalar yumşaldılmayacaq”.

Redaktor.az xəbər verir ki, bu fikirləri ABŞ-nin dövlət katibi Entoni Blinken bildirib.

“İcazə verin məsələyə aydınlıq gətirim. Heç bir halda İrana qarşı sanksiyalar ləğv edilməyəcək”, - deyə dövlət katibi vurğulayıb.

Qeyd edək ki, İran və ABŞ rəsmilərinin bildirdiyinə görə, İran Cənubi Koreyada dondurulan 6 milyard dollar müqabilində 5 ABŞ vətəndaşını həbsxanadan ev dustaqlığına keçirib. Razılaşma əldə olunarsa, pul İrana göndərilməzdən əvvəl Qətərə köçürüləcək. Pulun son transferi və 5 məhbusun yekun azadlığa buraxılaraq ABŞ-yə qayıtması prosesi maliyyə əməliyyatları səbəbindən yaxın bir aya gözlənilir.