Rusiyadan Ukraynaya kapitulyasiya təklifi
“Ukraynanın sülhə apara bilən kapitulyasiyaya ehtiyacı var. Amma nə Vaşinqton, nə də Kiyev bunu istəyir”.
Redaktor.az-ın məlumatına görə, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Kiyevin əks-hücumu nəticəsində minlərlə insan qırğına göndərilir.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı müharibəyə 2022-ci il fevralın 24-də başlayıb.