Ermənistanda əsgər naməlum şəraitdə öldü

 10:59 11.08.2023     251

Ermənistan əsgəri Jora Zohrabi Karapetyan naməlum şəraitdə ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Onun aldığı güllə yarası nəticəsində öldüyü bildirilib.

Amma əsgərin hansı şəraitdə yaralanaraq ölməsi ilə bağlı məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.