Prezidentliyə namizədin qətli ilə bağlı 6 kolumbiyalı saxlanıldı

 12:43 11.08.2023     199

Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun silahlı hücumda ölməsindən sonra 6 kolumbiyalı saxlanılıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər veir ki, şübhəlilərlə bərabər bir avtomobil və bir motosiklet, həmçinin silah və qumbara kimi döyüş sursatları ələ keçirilib.

Verilən xəbərə görə, şübhəlilər paytaxt Kitoda bir evdə gizlənərkən tutulub.

Qeyd edək ki, Ekvadorda avqustun 20-nə təyin edilmiş prezident seçkiləri öncəsi korrupsiyaya qarşı mövqeyi ilə tanınan prezidentliyə namizəd Villavisensioya qarşı avqustun 9-da silahlı hücum olub.

Humay İSGƏNDƏRLİ