Havayda meşə yanğınlarında ölənlərin sayı 53-ə çatdı

 12:52 11.08.2023     215

ABŞ-ın Havay ştatında Böyük Ada və Maui adalarında baş verən 6 yanğında ölənlərin sayı artıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sözügedən iki adada baş verən yanğınlarda həyatını itirənlərin sayı 53-ə yüksəlib. İtkin düşənlər üçün axtarış-xilasetmə işləri davam etdirilir. 

Qeyd edək ki, Maui adası "fəlakət zonası" elan edilib.

Humay İSGƏNDƏRLİ