Ruslar Ukraynada yaşayış binasını atəşə tutdu

 12:50 11.08.2023     217

Avqustun 11-də səhər saatlarında rus işğalçıları Ukraynanın Xerson vilayətində çoxmərtəbəli binanı atəşə tutub, bir nəfər həlak olub.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib.

Onun sözlərinə görə, 53 yaşlı qurban şəxsi mənzilində düşmən hücumuna məruz qalıb. Atışma nəticəsində o, döş qəfəsindən ağır yaralar alıb və travmatik şok keçirib.

"Həkimlər onun həyatını xilas etməyə çalışdılar, lakin yaralar ölümcül oldu", - Prokudin əlavə edib.

Qeyd edilib ki, avqustun 11-də səhər saat 4 radələrində ruslar Xerson vilayətinin Kamışanı kəndini atəşə tutub, nəticədə üç qadın mina partlayıcısı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Turan İSMAYIL