Türkiyədə öz qızına təcavüz edən ata həbs edildi

 13:01 11.08.2023     207

Türkiyənin paytaxtı Antalyanın Alanya rayonunda öz qızı M.Ç.-yə (15) cinsi təcavüz etdiyi iddia edilən H.Ç. (43) həbs edilib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, Alanyada M.Ç adlı qız avqustun 8-də polisə gedərək atası H.Ç.-nin ona evdə cinsi zorakılıq göstərdiyini bildirərək şikayət edib.

İddiaya görə qızın qardaşı da telefonu ilə hadisəni lentə alaraq polisə təhvil verib. Hadisə ilə bağlı araşdırmaya Ailə və Sosial Xidmətlər Nazirliyi də cəlb olunub.

Ata məhkəmə tərəfindən həbs edilib. Qızı isə dövlət mühafizəsinə götürülüb.

Humay İSGƏNDƏRLİ