Rusiyada həbs düşərgəsindən 200-dən çox cəsəd qalığı tapıldı

 15:08 11.08.2023     205

Rusiyanın Leninqrad vilayətinin Volosovski rayonundakı Dulaq-102 həbs düşərgəsinin edam edilmiş məhbuslarının kütləvi məzarlığından 200-dən çox adamın qalıqları çıxarılıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu "Partizanların çağırışı" axtarış dəstəsinin komandiri Aleksandr Qrinev deyib.

Avqustun 7-də Rusiya Federasiyasının Leninqrad vilayətindəki Volosovski rayonunda İkinci Dünya müharibəsi zamanına aid kütləvi məzarlığın aşkar edilməsi barədə məlumat verilib, burada ilkin məlumatlara görə, edam edilmiş 2000-ə yaxın məhbusun qalıqları var. Həmin vaxt məzarlıqdan yüzə yaxın vətəndaşın, o cümlədən, ehtimal ki, uşaqların skelet qalıqları çıxarılıb. Şəxsi əşyalar və geyim parçaları da aşkar edilərək götürülüb.

Ölənlərin yaşını və cinsini, habelə ölüm səbəbini müəyyən etmək məqsədilə götürülmüş meyitlərə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

"Hazırda biz 200-dən çox cəsədi çıxarmışıq", - Qrinev jurnalistlərə bildirib.

Axtarış qrupunun rəhbərinin sözlərinə görə, kütləvi məzarlığın tam eksqumasiyası əlavə qüvvələr tələb edəcək.

Turan İSMAYIL