Polşada 14 min insan bu bombalara görə təxliyə edildi

 15:44 11.08.2023     295

Polşanın şərqində yerləşən Lyublin şəhərində İkinci Dünya müharibəsindən qalma partlamamış bombaların aşkarlanmasından sonra 14 min insan təxliyə edilib.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, istehkamçıların sözlərinə görə, partlayış riski çox yüksəkdir, bununla əlaqədar yerli vaxtla saat 7:00-da təxliyə başlayıb. Sakinlər evlərini tərk edib, əvvəlcə onlardan qazı, suyu, işığı kəsmək, lazımi dərman, su və sənədləri götürmək tələb olunub.

Evakuasiya başa çatdıqdan sonra istehkamçılar bombaların zərərsizləşdirilməsi ilə məşğul olacaqlar.

Bombaların tapıldığı küçənin ərazisində 1930-cu illərdə kiçik bir aerodrom və 1939-cu ilin sentyabrında almanlar tərəfindən bombalanan təyyarə zavodu var idi.

Turan İSMAYIL