İlan 70 yaşlı qadını SANCDI

 19:55 11.08.2023     375

Moskva yaxınlığında ilan 70 yaşlı qadını dişləyib. 

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, yaşlı qadın yol ilə gedən zaman otun içindən çıxan ilan onu ayağından dişləyib. Qadın zəhərin təsiri ilə xəstəxanaya çatdırılıb.

Yusif EYVAZLI