Rusiya iPhone və smart saatlardan istifadəni qadağan etdi

 21:47 11.08.2023     281

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyi işçilərin "iPhone"dan rəsmi məqsədlər üçün istifadəsini qadağan edən əmr imzalayıb.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

"Bəli, müvafiq əmr artıq imzalanıb, o, iPhone-dan rəsmi məqsədlər üçün istifadəni qadağan edir", - mətbuat xidməti izah edib.

İşçilərə qoyulan qadağa “Apple” şirkətinin planşet və smart saatlarının iş məqsədləri üçün istifadəsinə də aiddir. Rəqəmsal İnkişaf Nazirliyinin əməkdaşları, o cümlədən Telegram vasitəsilə artıq “Apple” cihazlarından istifadə etməklə iş yazışmaları apara bilməzlər.

Yusif EYVAZLI