ABŞ vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq EDİR

 22:25 11.08.2023     300

ABŞ hökuməti nazirliklərdən mühafizəkar amerikalılara qarşı silah kimi istifadə etməyi dayandırmasa, ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər. 

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu fikri Miçiqan Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Mett Meddok bildirib.

Onun sözlərinə görə, Amerika hakimiyyətinin hərəkətlərinə kimsə qəzəblənəcək və atəş açmasına səbəb olacaq.  

“Yoxsa bizdə vətəndaş müharibəsi və ya bir növ inqilab olacaq”, - deyə siyasətçi bildirib.

Yusif EYVAZLI