Dərbəndin enerji təchizatı bərpa edildi

 22:51 11.08.2023     265

Energetiklər Dərbənddə yarımstansiyada baş vermiş yanğın nəticəsində işıqsız qalan 30 min istehlakçının enerji təchizatını bərpa ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Dağıstanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, avqustun 9-da “Dərbənd-330” yarımstansiyasında yanğın baş verib, nəticədə 30 mindən çox insan işıqsız qalıb (apa).