Ukraynada daha 510 Rusiya hərbçisi MƏHV EDİLDİ

 09:33 12.08.2023     291

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 253290 (+510) nəfər canlı qüvvəsi, 4295 (+5) tank,  8324 (+6) ədəd zirehli döyüş maşını, 5053 (+10) ədəd artileriya sistemi, 713 (+0) reaktiv yaylım atəşi sistemi, 472 (+1) hava hücumundan müdafiə sistemi, 315 (+0) təyyarə, 313 (+0) helikopter, 4201 (+4) PUA, 1378 (+1) qanadlı raket, 18 (+0) gəmi, 7523 (+12) avtomobil texnikası və avtosistern, 759 (+3) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2