Havay adalarında ölənlərin sayı 80-ə çatdı

 13:29 12.08.2023     303

Havay adalarında meşə yanğınları nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Maui adasında müxtəlif bölgələrdə yanğınla mübarizə davam etdirilir. 

Xatırladaq ki, Havay adalarında genişmiqyaslı meşə yanğınları avqustun 9-dan başlayıb. Güclü külək yanğının qısa müddət ərzində daha böyük əraziyə yayılmasına səbəb olub. Təbii fəlakət nəticəsində turistlər arasında məşhur olan Lahayna şəhəri məhv olub.