Mali “Air France”ın lisenziyasını ləğv edib

 13:56 12.08.2023     256

Malinin Milli Mülki Aviasiya Agentliyi Fransanın “Air France” şirkətinin Paris və Bamako şəhərləri arasında uçuş həyata keçirməklə bağlı lisenziyasını ləğv edib. 

Redaktor.az “Frans-Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə agentliyin “Air France”a ünvanladığı məktubda deyilir. 

Sənədə əsasən, buna səbəb şirkət tərəfindən ilkin xəbərdarlıq olmadan Mali ilə hava əlaqəsinin dayandırılmasının uzadılması olub. Uçuşlara qoyulan qadağa oktyabra qədər uzadıla bilər. 

Qeyd edək ki, avqustun 7-si “Air France” Mali və Burkina-Faso ilə hava əlaqəsini avqustun 11-nə qədər dayandırıb. Daha sonradan bu tarix ayın 18-nə qədər uzadılıb. Şirkət bu qərarı Nigerdə hakimiyyəti ələ keçirən hərbçilərin hava məkanını bağlamasından sonra verib.(qafqazinfo)