İraqda teleqramın fəaliyyəti bərpa edilir

 23:47 12.08.2023     313

İraq höküməti avqustun 13-də teleqram messencerinin fəaliyyətinə qoyulan qadağanı aradan qaldıracaq.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyinin bəyanatında deyilir.

Teleqramın blokdan çıxarma qərarı platformaya sahib olan şirkətin vətəndaşların məlumatlarını sızdıran təşkilatları açıqlamağa razılaşdıqdan sonra verilib.

Avqustun 6-da teleqramın bloklanması ölkənin milli təhlükəsizliyi ilə bağlı səlahiyyətli orqanların göstərişləri əsasında, həmçinin messencer tərəfindən müşahidə olunmayan vətəndaşların şəxsi məlumatlarının qorunması məqsədilə həyata keçirilib.

Nazirlik izah edib ki, aidiyyəti orqanlar dəfələrlə idarəedici şirkətdən təhlükəsizliyə və ictimai əmin-amanlığa təhlükə yaradan rəsmi dövlət qurumlarından məlumatların və iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanmasında əməkdaşlıq etməyi tələb edib. Məlumata görə, şirkət bunu etməyib və səlahiyyətlilərin heç bir müraciətinə cavab verməyib (report).