Serbiya prezidenti eynicinsli nikah qanunlarını imzalamayacağını bildirdi
Serbiya prezidenti Aleksandar Vuçiç eynicinsli nikahlar və üç cins haqqında qanunları imzalamayacağını bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə TV Pink telekanalında məlumat verib.
Onun sözlərinə görə, Serbiya cəmiyyəti “ənənəvidir” və Aİ “buna görə Serbiyaya hücum edir”.
"Əla - məni günahlandırın... Mən buna imkan vermədim" dedi.
Vuçiç bir müddət əvvəl ABŞ-ın Bosniya və Herseqovinanın Srpska Respublikasının siyasi rəhbərliyinə qarşı sanksiyaları fonunda Qərbin ikiüzlülüyünün və ikili standartlarının güclənməsindən danışıb (apa).