BMT-nin Malidəki missiyası ölkədən çıxışını sürətləndirir

 23:02 13.08.2023     260

BMT-nin Malidəki sülhməramlı missiyası (MINUSMA) təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq ölkənin şimalındakı Ber şəhərindən planlaşdırılan çıxışını sürətləndirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Missiya bütün maraqlı tərəfləri əməliyyatı daha da çətinləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır”, - açıqlamada deyilib.

Bəyanatdakı “maraqlı tərəflər”in kim olduğu açıqlanmır.

Qeyd edək ki, BMT-nin sülhməramlı missiyası dekabrın 31-dək Malini tamamilə tərk etməlidir.

Xatırladaq ki, avqustun 11-də terrorçu qrupların Berə hücumu nəticəsində 6 Mali əsgəri ölüb (report).