Bu ölkədə "dang qızdırması"ndan ölənlərin sayı 398-ə çatdı

 09:58 14.08.2023     253

Banqladeşdə son 24 saatda daha 11 nəfər "dang qızdırması"dan ölüb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi tərəfindən verilən açıqlamada, bu xəstəlikdən yalnız bir gündə 2 min 905 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib. 

Banqladeşdə bu il 398 nəfərin "dang qızdırması"ndan öldüyü qeyd edilib.

Ötən il ölkədə 281 nəfər bu xəstəlikdən vəfat edib. 

Qeyd edək ki, tropik və subtropik bölgələrdə müşahidə olunan "dang qızdırması" insanlara ağcaqanadlar vasitəsilə keçir.

Humay İSGƏNDƏRLİ