Paxlava qutularından 2 milyondan çox narkotik həb çıxdı

 10:15 14.08.2023     228

Səudiyyə Ərəbistanda paxlava qutularında gizlədilmiş 2 milyon 242 min 560 ədəd "kaptaqon həbi" ələ keçirilib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, ölkədə Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə koordinasiya nəticəsində sözügedən yükün alıcısı tutulub.

Belə ki, ölkəyə gətirilən paxlavanın gömrük rəsmiləşdirilməsi zamanı narkotik şübhəli görünən 2 ədəd paxlavana qutusundan tapılıb.

Humay İSGƏNDƏRLİ