Türkiyədə insanlar ən çox hansı şəhərə köç edib?

 11:56 14.08.2023     315

Keçən il Türkiyədə 2 milyon 791 min 156 nəfər şəhərlər arasında köç edib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, köç edənlərin 47,9 faizini kişilər, 52,1 faizini isə qadınlar təşkil edib.

Türkiyə Statistika Təşkilatı bildirib ki, İstanbul 385 min 294 nəfərlə ən çox köç alan şəhər olaraq müəyyən olunub.

Humay İSGƏNDƏRLİ