Məktəbin həyətində basdırılmış 2000-dən çox partlayıcı tapıldı

 12:16 14.08.2023     197

Kambocada məktəbdə vətəndaş müharibəsi dövrünə aid 2000-dən çox partlayıcı tapılıb.

Redaktor.az "Haber Gloabl"a istinadən xəbər verir ki, bu barədə Kamboca Mina Təmizləmə Mərkəzinin baş direktoru Heng Ratana məlumat yayıb.

O, bildirib ki, orta məktəb binasının həyətində 1000-dən çox M79 qumbarası da daxil olmaqla 2000-dən çox partlayıcı sursat tapıblar.

"Ərazi hərbi baza olub və digər döyüş sursatları da tapıla bilər. Partlayıcı maddələrin təmizlənməsinə başlanılıb", - deyə direktor bildirib.

Humay İSGƏNDƏRLİ