Putinin səhhətində problem yaranıb

 13:36 14.08.2023     284

“Bu həftəsonu Rusiya Prezidenti Vladimir Putinin səhhətində problem yaranıb”.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “General SVR” teleqram kanalı yayıb. 

Məlumata görə, avqustun 12-13-ü Putin özünü pis hiss etdiyindən iclas keçirməyib, yalnızca dərman və hesabatlar qəbul edib: “Həftəsonu Prezident yalnız həkim və ona yaxın bir neçə şəxslə görüşüb”.

Bununla belə, Rusiya liderinin səhhətinin pisləşməsinin səbəbi qeyd olunmayıb.

Xatırladaq ki, son zamanlar V.Putinin səhhəti ilə bağlı çox sayda məlumat yayılıb. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunur. Kreml isə, öz növbəsində bu məlumatları təkzib etməklə Putinin tamamilə sağlam olduğunu bəyan edir.