İran Baş Qərargah rəisinin müavini Rusiyaya səfər etdi

 14:49 14.08.2023     253

İran Baş Qərargah rəisinin müavini Rusiyaya səfər edib.

Redaktor.az  xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general Əziz Nəsirzadənin başçılıq etdiyi yüksək rütbəli nümayəndə heyəti Rusiyaya səfər edib.

General bildirib ki, İran və Rusiya beynəlxalq təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq edir. Hərbi heyət Rusiya Beynəlxalq Hərbi Konfransı və Sərgisinin açılış mərasimində iştirak edir.