Pakistanlı general Moskvaya getdi
Pakistanın müdafiə nazirinin birinci müavini Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransında iştirak etmək üçün Moskvaya gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Pakistanın Moskvadakı səfiri Şəfkət Əli Xan bildirib.
"Müdafiə nazirimizin birinci müavini general Hamud-ul-Zaman Xan bu konfransda iştirak etmək üçün gəlib" - o, deyib.
Turan İSMAYIL