ABŞ Yunanıstanda iki hərbi baza quracaq - Türkiyəyə təzyiq, yoxsa...

 16:04 14.08.2023     338

ABŞ Yunanıstanda Skyros və ya Lemnos adalarında yeni hərbi baza tikməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “To Vima” nəşri yazır.

Vaşinqtonun Üzvlər Palatası ölkənin müdafiə büdcəsi haqqında qanun layihəsinə Yunanıstanda yeni hərbi bazaların yerləşdirilməsindən bəhs edən düzəlişi təsdiqləyib. "ProtoThema" qəzetinin məlumatına görə, əsas diqqət Lemnos və ya Skyros adalarına yönəlib. Adalara nəzarət Vaşinqtonun Türkiyəyə təzyiqi faktoru ola bilər.

Qeyd olunur ki, Skyros amerikalıları Egey dənizinin mərkəzində kritik əhəmiyyətli mövqe ilə bağlı maraqlandırır. Yəni oradan Çanaqqaladan Süveyş kanalına qədər bütün əraziyə nəzarət etmək mümkün olacaq.

"Bununla yanaşı, Yunanıstan üçün ABŞ-ın adalar üzərində nəzarəti Yunanıstanın əhəmiyyətli hərbi obyektlərini Ankaradan gələn istənilən təhlükədən qorumağa imkan verəcək", - materiallarda deyilir.

Ümumilikdə, ölkə daxilində 20-yə qədər ABŞ hərbi bazasının yerləşdirilməsi planlaşdırılır. Lakin bu iki ada ABŞ-ın əsas diqqətini cəlb edir.

Turan İSMAYIL