Rusiya üç ukraynalı generalı axtarışa verdi

 17:08 14.08.2023     282

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Yevgeni Moysyukun da olduğu üç ukraynalı generalı cinayət maddəsi ilə axtarışa verib.

Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə TASS Teleqram kanalında məlumat verilib.

Rusiya tərəfindən axtarışda olanlar arasında Ukrayna Silahlı Qüvvələrinin general-mayorları İqor Palahnyuk və Andrey Kovalçuk da var. Rusiya ukraynalı müdafiəçiləri “Donbası atəşə tutmaqda” ittiham edir.

Rusiya istintaqının məlumatına görə, onlar 2016, 2017 və 2019-cu illərdə Donetsk vilayətində yaşayış məntəqələrini atəşə tutduğu iddia edilən bölmələrə komandanlıq ediblər, nəticədə ölən və yaralananlar olub.

Müdafiə nazirinin müavini Anna Malyar Rusiya hüquq-mühafizə orqanlarının bu cür qərarlarını Rusiyanın Ukraynanın təcavüz cinayətinin qurbanı statusunu bərabərləşdirməyə cəhdi, ukraynalı müdafiəçilərə psixoloji təzyiq göstərmək cəhdi kimi izah edib və ümumiyyətlə bunu informasiya müharibəsində “təcavüz üsullarından biri” adlandırıb. 

Turan İSMAYIL