Seneqal Nigerə qoşun göndərə bilər

 17:12 14.08.2023     336

Seneqal hakimiyyəti ordunu səfərbər etməyə başlayıb, bu, ölkənin Nigerə qoşun göndərməyə hazır olması anlamına gələ bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Seneqalın "L'Observateur" qəzeti Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Mbaye Sissenin notuna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Sisse avqustun 11-də yazdığı memorandumda hərbçiləri ölkənin qərbindəki Ties şəhərində toplaşmağa çağırıb. L'Observateur-un qənaətinə görə, bu, ECOWAS (Qərbi Afrika İqtisadi Birliyi) hərbi müdaxilə variantını seçərsə, Seneqalın Nigerə qoşun göndərməyə hazır olduğuna sübut ola bilər.

Qeyd edildiyi kimi, ECOWAS-ın Niger üzrə ikinci sammiti çərçivəsində Seneqal prezidenti Maki Sal eyham edib ki, hərbi həll yolu mümkündür, lakin sülh yolu ilə həll variantı prioritet olaraq qalır.

Qəzet adı açıqlanmayan Seneqal ordusunun zabitinə istinadən yazır ki, hərbçilər müdaxilə etməyə hazırdırlar və hakimiyyət orqanlarının tədbir görmək qərarını gözləyirlər.

Turan İSMAYIL