Norveç Ukraynaya PUA-dan müdafiə sistemi verəcək

 17:43 14.08.2023     340

Norveçin Kongsberg "Defence & Aerospace" şirkəti Ukraynaya 740 milyon NOK (70,5 milyon dollar) dəyərində Cortex Typhon C-UAS pilotsuz uçuş aparatları sistemi təqdim edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.

Kongsberg "Defence & Aerospace" şirkəti Ukraynaya 740 milyon NOK dəyərində yeni anti-dron müdafiə sistemi tədarük etmək üçün müqavilə imzalayıb. Söhbət Cortex Typhon C-UAS modelindən gedir. Qeyd olunur ki, pilotsuz təyyarələrin alınması Böyük Britaniyanın rəhbərlik etdiyi Ukrayna Beynəlxalq Fondunun (IFU) vəsaitləri hesabına maliyyələşdiriləcək.

Turan İSMAYIL