Antalyada kurort ərazilərinin yaxınlığında meşə yanğını başlayıb

 18:49 14.08.2023     590

Türkiyə yanğınsöndürənləri Antalyada kurort zonalarına yaxın meşəlik ərazidə baş verən yanğını söndürürlər.

Redaktor.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Yanğın Antalya şəhərinin şərqindəki Manavqat mahalında dağlıq meşəlik ərazidə baş verib. Hazırda yaşayış məntəqələri və kurort kəndlərinə yanğın və ya tüstü təhlükəsi yoxdur. Yanğın Belek kurortundan 15 km, Sidedən 20 km aralıda baş verib.

Söndürmə işlərinə üç helikopter, dörd amfibiya təyyarəsi və yerdə olan ondan çox yanğınsöndürmə briqadası cəlb olunub.

Turan İSMAYIL