Hindistanda güclü zəlzələ oldu
Hindistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 55,2 min nəfərin yaşadığı Kərimqanc şəhərindən 21 km şimal-qərbdə yerləşib. Mənbə 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Turan İSMAYIL