Blinken Ukraynaya 200 milyon dollar hərbi yardım ayırdığını AÇIQLADI

 19:16 14.08.2023     299

ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edib.

Redaktor.az MK-ya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Bildirilib ki, yeni hərbi yardım paketində artilleriya mərmiləri, tank əleyhinə silahlar, həmçinin hava hücumundan müdafiə sistemləri üçün minatəmizləmə avadanlıqları və sursatlar var. Yuxarıda göstərilənlərin hamısı Pentaqondan Ukrayna ordusuna verilir.

Turan İSMAYIL