Polşa Ukraynanın qərbinə müdaxilə edəcək?

 19:37 14.08.2023     284

Polşa ordusu Qərbi Ukraynanı işğal etmək qərarına gəlsə, Rusiya buna reaksiya verəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Larri Conson jurnalist Stiven Qardnerə müsahibəsində belə deyib.

"Hərbi əməliyyatların genişlənəcəyi Qərbdən asılıdır. Əgər Qərb təhlükəni artırsa və Polşa Ukraynanı, onun qərb hissəsini işğal etmək qərarına gəlsə, o zaman Rusiya hərbi məqsədlərini dəyişə bilər", - ekspert bildirib.

Consonun sözlərinə görə, indi Moskvanın əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrini zəiflətməkdir. Sonradan bu, Dneprdən keçməyə və Odessanı işğal etməyə imkan verəcək”, - deyə mütəxəssis bildirib.

Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Polşanın Ukraynaya qarşı təcavüzkar niyyətləri barədə dəfələrlə xəbərdarlıq edib. Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin sözlərinə görə, Varşava qonşu dövlətin faktiki olaraq parçalanması ssenariləri üzərində işləyir və ABŞ və Böyük Britaniyanın dəstəyinə ümid edir.

Turan İSMAYIL