Ukrayna və Almaniya Kiyevə dəstək bəyannaməsi imzaladı
Ukrayna və Almaniya Maliyyə nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzalanıb.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi Telegram kanalında məlumat yayıb.
“Ukraynanın maliyyə naziri Sergey Marçenko və Almaniya Federativ Respublikasının maliyyə naziri Kristian Lindner birgə bəyannamə imzalayıblar. İmzalanma nəticəsində Sergey Marçenko və Kristian Lindner birgə mətbuat konfransı keçiriblər”, - nəşrdə vurğulanıb.
Yusif EYVAZLI