Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, 25 yaralı var

 21:06 14.08.2023     232

Türkiyənin Afyonkarahisar bölgəsinin Emirdağ rayonunda mikroavtobus yük maşını ilə toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində ilkin məlumata görə, 25 nəfər xəsarət alıb.

Mikroavtobusun kənd təsərrüfatı işçilərini daşığı bildirilir.

Yaralılar tibbi qruplar tərəfindən Emirdağ Dövlət Xəstəxanasına aparılıb.

Emirdağ Baş məmuru Osman Bilici qəza yerinə gəlib, yerində araşdırma aparılıb (report).