Pentaqon Ukraynaya hərbi yardımın həcmini açıqladı
Co Baydenin Ağ Evin rəhbəri olduğu müddətdə Ukraynay 43,7 milyard dollarlı hərbi yardım göndərilib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatlarında məəlumat verilib.
Bu məbləğə Pentaqonun bazar ertəsi elan etdiyi Kiyev üçün yeni 200 milyon dollarlıq yardım paketi daxildir.
Buraya Patriot zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri, artilleriya qurğuları və tanklar, həmçinin müxtəlif növ tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxildir (apa).