Mahaçqalada ölənlərin sayı 27-ə çatıb - 75 yaralı var

 09:20 15.08.2023     302

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 75 nəfər yaralanıb. Onlardan 3-ü azyaşlıdır. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışla bağlı Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə iş başlanılıb.