Ermənistanın keçmiş təhsil naziri həbsdə qalacaq

 10:53 15.08.2023     331

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş təhsil naziri (2012-2016) Armen Aşotyanın ilkin həbs müddətinin iki ay uzadılması barədə qərar qəbul edib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Tiqran Atanesyan məlumat verib.

O, İrəvan Tibb Universitetində külli miqdarda mənimsəmə cinayət işində ittiham olunur. Aşotyan dəfələrlə onun barəsində işin siyasi fəaliyyətinə görə başlandığını bildirib.

Humay İSGƏNDƏRLİ