Rusiyada konyak satışı artıb
2023-cü ilin yanvar-iyul aylarında Rusiyada konyakın pərakəndə satışı bir il əvvəllə müqayisədə 10,4% artıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ümumilikdə, yanvar-iyul aylarında Rusiyada alkoqollu məhsulların satışı 4%-ə qədər artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə araq satışı dəyişməyib. Aşağı alkoqollu içkilərin pərakəndə satışı yanvar-iyul ayları ərzində 17,6% -ə qədər artıb.
Humay İSGƏNDƏRLİ